AZ

Texniki qulluq zamanı unudulan məqam: saz avtomobil niyə qızır?

ain.az bildirir, Avtosfer portalına istinadən.

Bu hala əsasən dizel mühərriklərində rast gəlinir.

Avtosfer.az xəbər verir ki, qızdıran avtomobildə məntiqi olaraq soyutma sisteminin detalları yoxlanılır. Bir məsələ isə çox vaxt yaddan çıxır. 

Söhbət hava filtrindən gedir. Hava filtri mühərrik üçün sipər rolunu oynayır. O tozun mühərrikə sorulmasının qarşısını alaraq silindr divarlarını aşınmadan qoruyur. Dolduqda isə artıq funksiyasını yerinə yetirə bilmir: silindrlərə hava az daxil olur. Nəticədə mühərrikin sərfiyyatı artır, gücü azalır, səsboğandan qara tüstü çıxır.

Dolmuş filtr mühərrikin temperatur rejiminə də mənfi təsir edir. Silindrə hava az daxil olduğu üçün zəngin yanıcı qarışıq əmələ gəlir, yanma temperaturu artır. Bəzən soyutma sistemi saz olsa belə, bu temperaturun öhdəsindən gələ bilmir. Nəzərə alaq ki, müasir avtomobillər kasıb yanıcı qarışığa hesablanıb.

Eyni hal avtomobildə ucuz və aşağı keyfiyyətli hava filtrlərindən istifadə zamanı da baş verir.

Vüqar

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
avtosfer.az

2Mənbələr