AZ

Etibarlı və qənaətcil: 2025-ci ilin 6 ən yaxşı ucuz krossoveri - SİYAHI

Yeni krossover almaq mütləq pul kisəsini boşaltmaq demək deyil. Satışda diqqət yetirməyə dəyər çox sayda ucuz modellər var.

HİT.az xəbər verir ki, "Car Coach Reports"dan avtomobil eksperti Lauren Fix "GOBankingRates" üçün şərhində 2025-ci ildə almağı məsləhət gördüyü 6 ucuz krossoverin adını çəkib. O, bunların kifayət qədər yüksək keyfiyyətli və praktiki modellər olduğunu vurğulayıb.

6 ən yaxşı ucuz crossover

"Hyundai Tucson" - Cənubi Koreya markasının ən məşhur modellərindən biri olaraq qalır. Qeyd olunur ki, bu krossover geniş salon və zəngin avadanlıq təklif edir.

Fix əlavə edib ki, "Hyundai Tucson" müasir texnologiyaları və daha uzun zəmanəti ilə rəqiblərindən fərqlənir. Bundan əlavə, krossover aşağı yanacaq sərfiyyatına malik hibrid güc aqreqatı ilə də mövcuddur.

"Toyota Corolla Cross" - Ekspertin fikrincə, bu model ucuz krossover axtaranlar üçün əla seçimdir. O, bu modelin çox etibarlı olduğunu və yenidən satış zamanı dəyərinin böyük hissəsini saxladığını vurğulayıb.

Fix qeyd edib ki, alıcılar aşağı yanacaq sərfiyyatından da məmnun olacaqlar. Mütəxəssis ayrıca bu krossoverin praktik interyerini və xoş idarə olunmasını qeyd edib.

"Chevrolet Trax" - Ekspert bildirib ki, bu model praktiki interyer, zəngin avadanlıq və müasir texnologiyalar təklif edir. O qeyd edib ki, bu model hətta əsas konfiqurasiyada belə "Apple CarPlay" və "Android Auto" dəstəyinə malikdir.

"Chevrolet Trax" yalnız ön ötürücü ilə təklif olunur. Bununla belə, bu krossover çox az yanacaq sərfiyyatına malikdir ki, bu da qənaət etmək istəyənlərin xoşuna gələcək.

"Volkswagen Taos" - Fixə görə, bu model bir çox rəqiblərini üstələyir. Xüsusilə, ekspert modeli geniş salona və geniş baqajına görə yüksək qiymətləndirib.

Bundan əlavə, Fix qeyd edib ki, "Volkswagen Taos"u tam ötürücü ilə almaq olar. Bu seçim bütün rəqiblər üçün mövcud deyil.

"Nissan Kicks" - Yığcam, lakin praktiki şəhər avtomobili axtaran sürücülərə uyğun olacaq, ekspert bildirib. Fixə görə, bu model geniş salona və aşağı yanacaq sərfiyyatına malikdir.

"Kicks bəzi böyük krossoverlərdən daha çox baqaj sahəsinə malikdir", deyə ekspert əlavə edib.

"Alfa Romeo Tonale" - Siyahıdakı ən bahalı avtomobillərdən biridir, lakin Fix onu yoxlamağa dəyər olduğunu söylədi. Onun sözlərinə görə, krossover italyan üslubu və bəzi qabaqcıl texnologiya təklif edir.

Mütəxəssis həmçinin "Alfa Romeo Tonale"ni zərif interyeri və xoş idarə olunması üçün yüksək qiymətləndirib. Krossover həm də aşağı yanacaq sərfiyyatına malikdir.

Samir

Seçilən
25
hit.az

1Mənbələr