AZ

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

Avropa İttifaqına üzv ölkələr Rusiyanın Ukraynaya hücumu ilə əlaqədar 2500-dən çox rusiyalıya və Rusiya təşkilatına qarşı tətbiq edilən sanksiyaların uzadılması barədə razılığa gəlib.

Xezerxeber.az xarici mediaya istinadən bildirir ki, 27 Aİ ölkəsinin nümayəndələri hər altı aydan bir uzadılan bu tədbirlərin davam etdirilməsi ilə bağlı razılaşıblar.

Bundan əvvəl Macarıstan və Slovakiya rusiyalı bəzi şəxslərin sanksiyalar siyahısından çıxarılması tələbindən imtina ediblər.

Hazırda Avropa İttifaqı Rusiyaya qarşı 19-cu sanksiyalar paketini hazırlayır. İndiyədək qəbul olunmuş paketlərdə iqtisadi sanksiyalarla yanaşı, ayrı-ayrı şəxslərə, partiyalara, banklara və media qurumları kimi təşkilatlara qarşı da tədbirlər görülüb.

Seçilən
0
3
xezerxeber.az

4Mənbələr