AZ

Qarabağ In rəqibinin baş məşqçisi avqust ayının ən yaxşısı seçilib

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi "Liverpul"un baş məşqçisi Arne Slot İngiltərə Premyer Liqasında avqust ayının ən yaxşısı seçilib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Premyer Liqanın mətbuat xidməti məlumat yayıb.

Komanda onun rəhbərliyi altında avqustda "Bornmut", "Nyukasl" və "Arsenal"ı məğlub edib. Mütəxəssis bu mükafatı sonuncu dəfə 2024-cü ilin noyabrında qazanmışdı.

Qeyd edək ki, "Qarabağ" "Liverpul"la UEFA Çempionlar Liqasının VIII turunda İngiltərədə üz-üzə gələcək. Görüş saat 00:00-da start götürəcək.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
50
1
cebheinfo.az

3Mənbələr