AZ

Ərdoğanın müavini Naxçıvana gəlib - YENİLƏNİB

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini və Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşat Zorlunun rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 12-də Naxçıvan Muxtar Respublikasına (MR) səfər edib. 

"Report"un yerli bürosu xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin Naxçıvanın baş meydanında ucalan abidəsini ziyarət edib.

12:16

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin müavini, Türk dövlətləri ilə əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlu Naxçıvana gedir.

"Report" xəbər verir ki, o, bu barədə "X"də yazıb.

"Bu gün Naxçıvan-İğdır xəttində ilk dayanacağımız Türk dünyasının strateji mərkəzlərindən biri – "Türk qapısı" Naxçıvan olacaq. Qarşıdakı dövrdə Azərbaycan-Türkiyə qardaşlığının bölgəmizdə formalaşdıracağı sülh və rifah mühiti məhz Naxçıvan xəttindən yüksələcək",- sədr müavini qeyd edib.

 

Seçilən
16
9
qaziler.az

10Mənbələr