AZ

İsrailin hücumu nəticəsində 20 fələstinli həlak oldu

İsrailin Qəzza Zolağına endirdiyi hava hücumları nəticəsində, aralarında qadın və uşaqların da olduğu 20 fələstinli həyatını itirib.


Manset.az-ın əldə etdiyi məlumata görə, hücumlar əsasən mülki yaşayış məntəqələrini, yardım gözləyən insanları və evləri hədəf alıb.

Şahidlərin məlumatına görə, ən ölümcül hücum Tuvan bölgəsindəki Sultan ailəsinin evinə edilib, burada 14 fələstinli ölüb. Şeyx Rıdvan məhəlləsindəki dinc əhalinin toplaşdığı bölgəyə edilən hücumda isə 4 nəfər həlak olub. Həmçinin, Rəfah şəhərində humanitar yardım gözləyənlərə edilən hücumda bir fələstinli ölüb.

İsrail ordusu artilleriya və dronlarla da hücumlar həyata keçirib, nəticədə bir neçə insan yaralanıb, o cümlədən Nasser Xəstəxanasının bağçasında çalışan Emin Əbu Müslim də dron hücumunda həyatını itirib.

Seçilən
14
manset.az

1Mənbələr