AZ

Bakıda Koreya K-Pop musiqi festivalı keçirilib

Bu gün Bakı Musiqi Akademiyasının Opera zalında K-Pop janrında Koreya musiqi festivalı keçirilib.

Kulis.az xəbər verir ki, tədbir Koreya Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub. Festivalda 600-dən çox K-POP pərəstişkarı iştirak edib və tədbir böyük coşqu ilə baş tutub.

Bu, Azərbaycan gənclərinin K-POP-a və ümumilikdə Koreya mədəniyyətinə olan güclü maraq və sevgisini bir daha nümayiş etdirib.

Qeyd edək ki, bu il festival üçün ümumilikdə 24 komanda müraciət etmiş, onlardan yalnız seçmə turu uğurla keçən 6 komanda final səhnəsinə vəsiqə qazanıb.

Seçilən
16
2
kulis.az

3Mənbələr