AZ

Ürək çatışmazlığı olanlara bu ədviyyat vacibdir

ain.az bildirir, Medicina portalına istinadən.

Omahadakı Nebraska Universitetindən amerikalı alimlər sübut ediblər ki, sarıkök ürək çatışmazlığına kömək edir.

“Medicina” xəbər verir ki, məşhur ədviyyatın əsas komponenti olan kurkumin əzələlərdə oksidləşdirici komponentlərlə mübarizədən məsul olan Nrf2 geninin fəaliyyətini stimullaşdırır.

Bu, ürək çatışmazlığı olan siçanların orqanizminə bu maddənin təsirinin müşahidələri zamanı müəyyən edilmişdir.

Siçanların dərisinə xüsusi nasos tikilib və onların bədənlərinə kiçik dozalarda kurkumin vurulub. Ürək çatışmazlığı olan heyvanlarda zərdəçalın təsirindən beş ay sonra ürək əzələsinin işində nəzərəçarpacaq yaxşılaşma qeydə alınıb. Gəmiricilər daha uzun məsafələrə qaçmağa başladılar. Ürək çatışmazlığından əziyyət çəkməyən, amma sarıkök qəbul edən nəzarət qrupundan olan heyvanlar da oxşar irəliləyiş nümayiş etdirdilər.

Nəticədə layihə müəllifləri “zərdəçalın ürəyin sağlamlığını yaxşılaşdırmaq və insanın dözümlülüyünü artırmaq üçün istifadə oluna biləcəyini” bəyan ediblər. Xatırladaq ki, əvvəlki tədqiqatlar göstərir ki, kurkumin orqanizmə iltihab və əlaqəli xəstəliklərlə mübarizə aparmağa kömək edir.

Aygün Musayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
5
icma.az

6Mənbələr