Tramp: Çarli Kirkin qətlində şübhəli şəxs həbs edilib
Ajans.az xəbər verir ki,bu barədə Tramp "Fox News" telekanalının efirində danışıb. "Onun artıq həbsdə olması ehtimalı yüksəkdir", – deyə prezident bildirib. Tramp qeyd edib ki, son iki gün yarım ərzində istintaq çərçivəsində ciddi irəliləyiş əldə olunub. O, həmçinin Kirkin qətlində günahkar bilinən şəxsin ölüm cəzasına layiq olduğunu vurğulayıb. Xatırladaq ki, tanınmış mühafizəkar fəal və "Turning Point USA" təşkilatının həmtəsisçisi Çarli Kirk bu həftə Yuta ştatında silahlı hücum nəticəsində qətlə yetirilmişdi. Hadisə ABŞ ictimaiyyətində geniş rezonans doğurub.