“Qarabağ”ın Çempionlar Liqasındakı rəqiblərindən olan “Çelsi” heyətini gücləndirib.
İdmanxeber.az-ın məlumatına görə, London klubu Fransanın “Strasburq” komandasından 22 yaşlı niderlandlı forvard Emanuel Emeqa ilə müqavilə bağlayıb. Futbolçu 2026-cı ildən “Çelsi”nin heyətinə qoşulacaq.
Qeyd edək ki, “Qarabağ” noyabrın 4-də Bakıda keçiriləcək oyunda “Çelsi” ilə qarşılaşacaq.