AZ

Rusiyadan Azərbaycan AÇIQLAMASI

“Rusiya Ermənistan və Azərbaycandan “3+3” formatında növbəti görüşün yerinin və tarixinin tezliklə razılaşdırılması üzrə əməli addımlar gözləyir”.

News24.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova brifinqdə danışıb. 

O qeyd edib ki, Moskva tərəfdaşlara bütün istiqamətlər üzrə yardım etməyə hazır olduğunu təsdiq edir: “Bu, Ermənistanla Azərbaycan arasında normallaşmaya dair məsələlərin, eləcə də Cənubi Qafqaza dair digər aktual mövzuların müzakirə edilməsi üçün yaxşı platformadır”.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın XİN rəhbəri Sergey Lavrov “3+3” (Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Rusiya və İran) çərçivəsində nazirlərin üçüncü görüşünə hazırlıq getdiyini bildirib.

Seçilən
44
news24.az

1Mənbələr