AZ

Moskva “Tramp yolu”ndan kənarda qalmasından narazıdır

Rusiya Ermənistanla kommunikasiyaların blokdan açılmaası kontekstində dialoqu davam etdirəcəyinə ümid edir – Mariya Zaxarova “Tramp marşrutu” haqda danışarkən deyib.

Xarici İşlər Nazirliyinin nümayəndəsi brifinqdə bildirib ki, bu marşrutun praktikada necə işləyəcəyi barədə anlayış yalnız layihənin konkret detalları ilə tanış olduqdan sonra formalaşa bilər.

“Bir sıra əlavə amilləri də nəzərə almaq lazımdır: Ermənistan Aİİ-nin vahid gömrük məkanının bir hissəsidir, Rusiya Dəmir Yollarının törəməsidir – Cənubi Qafqaz Dəmir Yolu şirkəti Ermənistanın dəmir yolu şəbəkələrini idarə edir, Rusiya sərhədçiləri göstərilən marşrutun keçəcəyi ehtimal edilən ərazidə sərhədi qoruyur,” – Zaxarova qeyd edib.

Seçilən
16
veteninfo.az

1Mənbələr