Koreya Respublikasının ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera zalında “2025 Azərbaycan K-POP Festivalı” keçirilib.
Hafta.az xəbər verir ki, festivalda 600-dən çox K-POP pərəstişkarı iştirak edib.
Tədbirdə çıxış edən Koreya Respublikasının Azərbaycandakı səfiri Kanq Kımqu qeyd edib ki, K-POP, sadəcə, musiqi janrı deyil, o, artıq bütün dünyanın sevdiyi qlobal mədəniyyət hadisəsinə çevrilib.
“Azərbaycanın gənc nəslinin yaradıcılığı Koreya ilə Azərbaycanı daha da yaxınlaşdıraraq, iki ölkə arasında mədəniyyət körpüsü rolunu oynayır. Bu tədbir onların K-POP-a, eləcə də ümumilikdə Koreya mədəniyyətinə olan güclü maraq və sevgisini bir daha nümayiş etdirib. Bu il festival üçün ümumilikdə 24 komanda müraciət etsə də, yalnız seçmə mərhələni uğurla keçən 6 komanda final səhnəsinə vəsiqə qazanıb”, - deyə səfir əlavə edib.
Sonda mükafata layiq görülən komandaların adı açıqlanıb.