AZ

Bahar Muradova Şamaxıda vətəndaşları qəbul edib

525.az saytından alınan məlumata görə, ain.az bildirir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Şamaxıda vətəndaşları qəbul edib.

Komitədən 525.az-a verilən məlumata görə, qəbula gələn Şamaxı və Qobustan rayon sakinləri əsasən alimentin ödənilməsi, uşaqla ünsiyyətin təmin olunması, boşanmadan sonra yaranan hüquqi problemlərin həlli, işlə təmin olunma və digər məsələlərə dair müraciət ediblər.

Komitənin məsul əməkdaşlarının da iştirak etdiyi qəbul zamanı hər bir müraciət fərdi qaydada dinlənilib, qaldırılan məsələlərin qısa zamanda müvafiq həll yollarının müəyyənləşdirilməsi üçün tapşırıqlar verilib.

Araşdırma tələb edən müraciətlər qeydiyyata alınaraq nəzarətə götürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
7
525.az

8Mənbələr