Bakı. Trend:
TƏBİB-in tabeliyində fəaliyyət göstərən Ağciyər XəstəlikləriMərkəzinin nəzdindəki Doğum Evi müasir tələblərə uyğun şəkildəyenidən təşkil edilərək istifadəyə verilib.
Trend xəbərverir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki. TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov vəaidiyyəti struktur bölmə rəhbərləri Doğum Evinin fəaliyyəti ilətanış olub.
Doğum Evinin fəaliyyəti haqqında məlumat verən AğciyərXəstəlikləri Mərkəzinin direktoru Nəhmət Rəhmanov bildirib ki,müasir tələblərə uyğun yenidən qurulan tibb müəssisəsi keyfiyyətlivə ixtisaslı tibbi xidmətlərin göstərilməsi üçün tibbiavadanlıqlarla təchiz olunub, tənəffüs orqanları xəstəliklərindənəziyyət çəkən hamilələrin diaqnostikası, müalicəsi və doğuşu üçünbütün zəruri şəraitlə təmin olunub.
Tibb müəssisəsində vərəmə yoluxan və ya bu xəstəliyə yoluxmaqdaşübhəli hesab edilən hamilələrin sağlam körpə dünyaya gətirməsiüçün observasiya zonası yaradılıb.
5 min (4 364) kvadratmetr sahəni əhatə edən ikimərtəbəli tibbmüəssisəsində iş prosesinin səmərəli təşkili, xəstələrə qulluğunyüksək səviyyədə təmin edilməsi üçün müasir şərait yaradılıb.
Doğum evində əməliyyat, prosedur və doğuş otaqları, habelə 30çarpayılıq Ginekologiya, 5 çarpayılıq Anesteziologiya vəreanimasiya şöbəsi tam müasir tələblərə uyğunlaşdırılıb və hər biryataq havalı döşəklə təmin edilib.
Cərrahiyyə blokunda əməliyyat, əməliyyata hazırlıq və ayıltmaotaqları, Doğum şöbəsində doğuş otağı və doğuşahazırlıq palatasıyaradılıb.
Cərrahiyyə bloku və Doğuş otağı, Reanimasiya otağı və palatalarmüasir tibbi avadanlıqlarla, o cümlədən anesteziya, süniventilyasiya cihazları, mərkəzləşdirilmiş oksigen və vakuumsistemləri, defibrillyator, monitor kompleksləri, portativ rentgen,USM cihazları və digər avadanlıqlarla tam təchiz edilib.
Yenidoğulmuşların intensiv terapiyası və reanimasiya şöbəsindəyerləşən palatalarda normativlərə uyğun bütün şərait yaradılıb.Eyni zamanda ana südü ilə qidalanmanın təbliği məqsədilə tibbmüəssisəsində Ana və uşaq otağı yaradılıb.
Pasiyentlərin günün hər saatında bütün laboratoriya testlərininvə instrumental müayinələrinin aparılması üçün şəraityaradılıb.
Tibb müəssisəsində Aptek, Qeydiyyat, Texniki dəstək bölmələriilə yanaşı, qazanxana, camaşırxana, təsərrüfat otaqları və anbarüçün ayrıca köməkçi sahələr ayrılıb.
Doğum evi yüksək sürətli internet şəbəkəsi və müasir kompüteravadanlıqlarla təchiz olunub, tibbi xidmətlərinelektronlaşdırılması istiqamətində işlər yekunlaşdırılıb. Buimkanlar tibb personalının işini asanlaşdırmaqla yanaşı,pasiyentlər üçün də təhlükəsiz mühit yaradır.
Doğum evinin istifadəyə verilməsi ana və uşaq sağlamlığınınqorunması, vərəmin qarşısının alınması və sağlam cəmiyyətinformalaşdırılması istiqamətində mühüm addımdır