AZ

Sevinirəm ki, klub rəhbəri kimi ilk qələbəmi qazandım Rahid Əmirquliyev

Fanat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ötən gün futbol üzrə Azərbaycan 1-ci Liqasında 2025/2026 mövsümü start götürüb. İlk turda "Ordu"nun qonağı olan "Şahdağ Qusar" 2:1 hesablı qələbə qazanıb.

Mövsümə 3 xal ilə başlayan komandanın rəhbəri, veteran futbolçu Rahid Əmirquliyev debüt oyunu ilə bağlı bağlı fikirlərini Fanat.Az-a bölüşüb:

"Çempionatın ilk oyunu idi. Birinci oyunlar həmişə çətin keçir. Nəzərə almışdıq ki, çempionatın favoritlərindən birinə qarşı oynayacağıq. Çətin oyun olacağını bilirdik. Şükürlər olsun ki, liqaya qələbə ilə start verdik. Düzdür, meydanda üstün tərəf "Ordu" idi. Ancaq uşaqlar məşqçinin verdiyi tapşırıqları səhvsiz yerinə yetirib kompakt oyun sayəsində qalib gəldilər. İstədiyimiz qələbəni əldə etdiyimiz üçün sevinirik. Mən ikiqat sevinirəm, çünki klub rəhbəri kimi ilk qələbəmdir. Ümid edirəm ki, davamını gətirə biləcəyik. Fürsətdən istifadə edib azarkeşlərimizə xüsusi təşəkkürümü çatdırmaq istəyirəm. Komandanın vəziyyətinin o qədər də yaxşı olmamasına baxmayaraq, xeyli azarkeş bizi dəstəkləməyə gəlmişdi. Yolun uzaqlığına baxmayaraq, gəlib sonadək komandanın yanında oldular".

Qeyd edək ki, "Ordu" - "Şahdağ Qusar" qarşılaşmasının 50-ci dəqiqəsində hesabı asan qonaq komanda 5 dəqiqə sonra üstünlüyünü əldən versə də, dubl edən Ruslan Voronsovun 90+1-ci dəqiqəsində 3 xal gətirən qolun müəllifi olub.

Mirağa

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
1
fanat.az

2Mənbələr