AZ

Azərbaycanda indiyədək hasil edilən kondensatın həcmi açıqlandı

BAKI, 12 sentyabr. TELEQRAF

Azərbaycanda kondensatın hasil edildiyi əsas yataqlar olan “Şahdəniz”, “Abşeron” və “Ümid” yataqlarından avqustun 1-dək 53,8 milyon ton kondensat hasil edilib.

Teleqraf xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu həcmin 50,8 milyon tomu “Şahdəniz”, 1,2 milyon tonu “Abşeron”, 1,8 milyon tonu isə “Ümid” yatağının payına düşüb.

Eyni zamanda, ötən il ölkə üzrə ümumi neft hasilatının 18,2%-i kondensatın payına düşüb.

Seçilən
10
teleqraf.com

1Mənbələr