AZ

Detokslar faydalıdır, yoxsa təhlükəli? - Diyetoloq açıqladı

Azərbaycanda detoks mövzusu son illərdə geniş yayılsa da, bu sahədə yanlış məlumatlar da kifayət qədərdir.

LEMAN.jpg

Diyetoloq Ləman Süleymanova Musavat.com-a bu barədə bildirib ki, detoks yalnız tibbi nəzarət altında və fərdi yanaşma ilə aparılmalıdır, əks halda sağlamlıq üçün ciddi risklər yarana bilər:

“Hər bir insanın bədəni fərqlidir və detoks proqramları onun sağlamlıq vəziyyətinə uyğun hazırlanmalıdır. Bu prosesə qan analizləri, UZİ və digər müayinələr daxildir. Arıqlama, mədə-bağırsaq problemləri, su balansı, arterial təzyiq kimi göstəricilər nəzərə alınaraq fərdi proqram tərtib olunur”.

Diyetoloq vurğulayıb ki, internetdə və sosial şəbəkələrdə “detoks çayları” və proqramlarını reklam edən şəxslərin çoxu tibbi təhsilsizdir:

“Onların məsləhətləri ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Məsələn, mədə və onikibarmaq bağırsaq xora xəstəliyi olan insan üçün yanlış detoks çayı ciddi əks təsir göstərə bilər. Hər bir detoks yalnız həkim nəzarəti altında və fərdi proqram əsasında təhlükəsiz ola bilər”.

Sultan Məmmədli
Musavat.com

Seçilən
18
musavat.com

1Mənbələr