AZ

Neftçalada biryaşlı övladının ölümündə şübhəli bilinən ana saxlanıldı

Neftçala rayonunda biryaşlı övladının ölümündə şübhəli bilinən ana saxlanılıb...

Oxu.Az xəbər verir ki, 2001-ci il təvəllüdlü Şəbnəm Dövlətova hüquķçq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.
Neftçalada biryaşlı körpənin ölümünə səbəb kimi ananın övladını qəsdən öldürdüyü iddia olunub.
Oxu.Az xəbər verir ki, hadisə rayonun İkinci Qaralı kəndində baş verib.

Belə ki, 2001-ci il təvəllüdlü Şəbnəm Dövlətovanın əkiz övladlarından birini - 2024-cü il təvəllüdlü A.A.-nı yerə çırparaq öldürdüyü iddia olunur. Bu iddianı qadının həyat yoldaşı irəli sürüb.

Yaxınlarının sözlərinə görə, hadisə baş verən vaxt Şəbnəm evdə tək olub. Onun həyat yoldaşı Səttar Allahverdiyev isə işdə olub. Bu vaxt Şəbnəm Səttara zəng edərək uşaqlardan birinin halının pisləşdiyini və tez evə gəlməsini deyib.

Cütlük üç ildir ki, evlidir və onlar arasında tez-tez mübahisə baş verirmiş.
Qeyd edək ki, Ş.Dövlətova uşaq evlərinin birində böyüyüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Poliqon.info

Seçilən
16
12
poliqon.info

10Mənbələr