AZ

Energetika naziri Samuxda vətəndaşlarla görüşdü

Energetika naziri Pərviz Şahbazov Samux rayon Heydər Əliyev Mərkəzində vətəndaşlarla görüş keçirib.

Doğru.az xəbər verir ki, görüşdə vətəndaşların elektrik enerjisi və təbii qaz təchizatı, şəbəkəyə qoşulma, sayğacların quraşdırılması, elektrik dirəklərinin vəziyyəti, mühafizə zonaları, enerjinin keyfiyyəti, qaz təchizatındakı fasilələr, küçə işıqlandırılması, işlə təminat və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.

Qaldırılan problemlərin mövcud normativ-hüquqi aktlara uyğun şəkildə araşdırılması və operativ həlli üçün nazir tərəfindən müvafiq tapşırıqlar verilib.

Nazirliyin aidiyyəti struktur rəhbərlərinin də qatıldığı görüşdə Gəncə, Göygöl, Şəki şəhərləri, həmçinin Abşeron, Samux və Goranboy rayonlarından olan 34 vətəndaş iştirak edib.

DOĞRU.AZ

Seçilən
30
3
dogru.az

4Mənbələr