AZ

Çarli Kirkin qətlində şübhəli bilinən şəxs saxlanılıb – Tramp açıqladı


ABŞ Prezidenti Donald Tramp amerikalı siyasi fəal Çarli Kirkin qətlində şübhəli bilinən şəxsin saxlanıldığını bildirib.
Yeniavaz.com
xəbər verir ki, Tramp bu barədə “Fox News” telekanalına müsahibəsində qeyd edib.
“Onu ona çox yaxın olan şəxs təhvil verib”, - Ağ Ev rəhbəri bildirib.
Amerika lideri həmçinin, Kirkin qatilinin edam cəzasına məhkum ediləcəyinə ümid etdiyini qeyd edib.
“Ümid edirəm ki, onun günahkar olduğu sübuta yetiriləcək və ümid edirəm ki, o, ölüm cəzası alacaq”, - Tramp bildirib.
Seçilən
18
34
yeniavaz.com

10Mənbələr