AZ

Qarabağa köçməyə hazırlaşan şəxsləri SEVİNDİRƏCƏK XƏBƏR

Konyada baş verən ağır yol qəzası faciə ilə nəticələnib.

Avtosfer.az türk mediasına istinadən xəbər verir ki, Meram rayonunda fiziki əngəlli qızını əlil arabası ilə yolun qarşısına keçirməyə çalışan 67 yaşlı Şerifə B.-yə tır çırpılıb. Qadın hadisə yerində həyatını itirib, qızı isə yaralanıb.

Qəza saat 11:00 radələrində Karaman küçəsində baş verib. N.O.-nun idarə etdiyi 34 CPZ 508 dövlət nömrə nişanlı TIR yolun qarşısına keçməyə çalışan Şerifə B.-yə çırpılıb. Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Tibbi yardım briqadası qadının hadisə yerində vəfat etdiyini təsdiqləyib.

Şerifə B.-nin cəsədi incələnmə üçün Konya Ədli Tibb İnstitutuna aparılıb. Qəzaya şahid olan qızı D.B. isə şok vəziyyətində xəstəxanaya yerləşdirilib.

Tır sürücüsü N.O. saxlanılıb, faktla bağlı araşdırma aparılır.(Sonxeber)

Seçilən
12
avtosfer.az

1Mənbələr