1996-cı il ağır atletika üzrə Olimpiya çempionu rusiyalı Andrey Çemerkin vəfat edib
Ağır atletika üzrə 1996-cı il Olimpiya çempionu Andrey Çemerkin 53 yaşında vəfat edib.
Qaziler.az news.ru-ya istinadən bildirir ki, Rusiya Ağır Atletika Federasiyasının mətbuat xidməti xəbər verir.
Ölümün səbəbi açıqlanmır.
"Rusiya Ağır Atletika Federasiyası Andrey İvanoviçin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Dərdinizə şərikik", - məlumatda deyilir.
QAZİLER.AZ