AZ

"Neftçi"nin "Sabah"la ev oyununa neçə itki ilə çıxacağı dəqiqləşdi

Misli Premyer Liqasının 4-cü turunda "Sabah"ı qəbul edəcək "Neftçi"nin matça neçə itki ilə çıxacağı dəqiqləşib.

Bunu Fanat.Az-a açıqlamasında "ağ-qaralar"ın sözçüsü Asəf Zeynallı deyib:

"Heyətdə zədəli futbolçu yoxdur. "Turan Tovuz"la oyunda qırmızı vərəqə alan mərkəz müdafiəçisi İqor Ribeyro "Sabah"a qarşı matçda oynamayacaq".

Qeyd edək ki, "Neftçi Arena"da keçiriləcək "Neftçi" - "Sabah" matçı sentyabrın 14-də keçiriləcək. Matçın start fiti 19:00-da səsləndiriləcək.

Nihat
 

Seçilən
0
fanat.az

1Mənbələr