AZ

Çarli Kirkin qətlində şübhəli bilinən şəxs həbs olunub

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Çarli Kirkin qətlində şübhəli bilinən şəxs "böyük ehtimalla" istintaq altındadır.

“İki sahil” xəbər verir ki, bu barədə o, "Fox News" telekanalına müsahibəsində danışıb.

"Düşünürəm ki, böyük ehtimalla o, istintaq altındadır. Yerli polis və qubernator bu məsələ üzərində fəal işləyiblər", - D.Tramp bildirib.

Xatırladaq ki, amerikalı siyasi fəal və ABŞ Prezidenti Donald Trampın tərəfdarı Çarli Kirk sentyabrın 10-da Yuta Universitetində çıxışı zamanı sui-qəsdə uğrayıb. O, kritik vəziyyətdə xəstəxanaya çatdırılıb, lakin orada ölüb.

 

Seçilən
32
34
ikisahil.az

10Mənbələr