AZ

Jair Bolsonaruya 27 il iş kəsildi

Sabiq Braziliya prezidenti Jair Bolsonaru 27 il 3 ay həbs cəzasına məhkum edilib.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, o, 2022-ci il prezident seçkilərində məğlub olduqdan sonra dövlət çevrilişinə cəhddə ittiham olunurdu.

"Əgər o, uğur qazansaydı, ən əhəmiyyətli nəticə diktaturanın Braziliyaya qaytarılması olardı”, - deyə hakim söyləyib.

Qeyd edək ki, Braziliyada 2022-ci ildə keçirilən prezident seçkilərində solçu namizəd Luiz İnasio Lula da Silva səslərin 50,9 %-ni, o vaxtkı prezident, sağçı Jair Bolsonaru isə 49,1%-ni toplayıb.

Bolsonaru tərəfdarları seçkilərdə saxtakarlıq edildiyini iddia edərək günlərlə magistral yolları bağlayıb və Lulanın prezidentliyə keçməsinin qarşısını almaq üçün hərbçiləri müdaxilə etməyə çağırmışdılar.

8 yanvar 2023-cü ildə Lula vəzifəyə gəldikdən bir həftə sonra, Bolsonaru tərəfdarları polis maneələrini aşaraq Milli Konqresə, Federal Ali Məhkəmənin Baş Assambleyasına və Planalto Sarayına hücum edərək zərər vermişdi.

Bolsonaru iğtişaşları qızışdırmaqda ittiham edilsə də, o, barəsində deyilənlərlə razılaşmırdı.

Billurə Yunus
 

Seçilən
57
olke.az

1Mənbələr