"Ayaks Amsterdam"ın əfsanələri Tbilisi "Dinamo"sunun 100 illik yubileyini qeyd etmək üçün Tbilisiyə gələcəklər.
Qaziler.az bildirir ki, bu barədə "Dinamo"nun mətbuat xidmətindən bildirilib.
"Tiflis "Dinamo"sunun 100 illik yubileyi şərəfinə oktyabrın 19-da Amsterdam "Ayaks"ının əfsanələrindən ibarət komanda Tbilisiyə gələcək. Qarşılaşmanın təşkilatçısı "Sports Orient"dir. "Dinamo"nun sponsoru azarkeşləri üçün daha bir çox maraqlı yeniliklər hazırlayır", - klubun mətbuat xidmətinin açıqlamasında deyilir.
“Dinamo” və “Ayaks”ın əfsanələri arasında keçiriləcək qarşılaşma oktyabrın 19-da saat 19:00-da “Dinamo Arena” stadionunda başlayacaq.
Matçın biletləri bazar ertəsi, sentyabrın 15-dən TKT.ge saytında satışa çıxarılacaq.
QAZİLER.AZ