AZ

ABŞ-dan Rusiya və Belarusla bağlı ÇAĞIRIŞ: Onları bu siyahıya daxil edin

ABŞ-ın nüfuzlu respublikaçı senatoru Lindsi Qrem də daxil olmaqla bir qrup amerikalı qanunverici Rusiya və Belarusu "terrorizmin sponsorları" kimi təyin etməyə çağırıblar.

Publika.az xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.

"Rusiya bu siyahıda yer almaq hüququnu qazanıb. Biz hər iki partiyanın liderlərindən bizə bunu müzakirə etmək və səs vermək imkanı vermələrini istəyəcəyik və indi hərəkətə keçmək istəyirik", - deyə Qrem bildirib.

Məqalədə qeyd edilib ki, bu gün ABŞ qanunlarına əsasən terrorizmin sponsorları siyahısına Kuba, İran, KXDR və Suriya daxildir.

Təklif edilir ki, Rusiya və Belarus Ukraynanın münaqişə zamanı oğurlandığını iddia etdiyi 19 mindən çox uşağı geri qaytarmasa siyahıya daxil ediləcək.

Seçilən
28
publika.az

1Mənbələr