AZ

İspaniyalı futbolçu gözlənilən cəzanı aldı

Yeray Alvaresin qorxduğu başına gəlib. İspaniyalı futbolçu gözlənilən cəzanı alıb.

“Atletik”nun futbolçusu 10 aylıq diskvalifikasiya edilib. Bu məlumatı İspaniya klubunun mətbuat xidməti yayıb. Yeray iyulda dopinq testinin müsbət nəticələnməsi səbəbindən müvəqqəti futboldan uzaqlaşdırılmışdı. Bir müddət əvvəl xərçəng xəstəliyinə qalib gələn müdafiəçi müvafiq orqana qadağan olunmuş maddənin saç tökülməsinə qarşı məhsulun tərkibində olduğunu bildirib. UEFA Alvaresi 10 aylıq müddətə cəzalandırıb. Futbolçu könüllü olaraq buna razılıq verdiyi üçün cəza iyunun 2-dən qüvvəyə minmiş hesab olunacaq. Yeray vəziyyəti izah etmək üçün tezliklə mətbuat konfransı keçirəcək.

Qeyd edək ki, “Atletik” Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən biridi. Ağdamlılar bu komanda ilə oktyabrın 22-də İspaniyada qarşılaşacaqlar.

Seçilən
38
football-plus.az

1Mənbələr