AZ

Apple sentyabrın 15 də iOS 26 nı təqdim edəcək

ain.az bildirir, Milli.az portalına istinadən.

"Apple" sentyabrın 15-də yeni əməliyyat sistemi "iOS 26"nı istifadəyə verəcək. Yeniləmə həm vizual, həm də funksional baxımdan yeniliklərlə gəlir.

Milli.Az xəbər verir ki, ən diqqətçəkən dəyişiklik "Maye şüşə" adlı yeni dizayn konseptidir. Bu dizayn sayəsində menyular və düymələr şəffaf və parlaq görünüşə sahib olacaq. Yeni vizual üslub "iPadOS 26", "macOS Tahoe 26" və "watchOS 26" sistemlərində də tətbiq olunacaq.

"iOS 26" həmçinin süni intellektə əsaslanan "Apple Intelligence" funksiyalarını da əhatə edəcək. Canlı tərcümə, yenilənmiş zəng tətbiqi və zəng yoxlama kimi xüsusiyyətlər bu versiyada mövcuddur.

Yeniləmə "iPhone 12" və daha yeni modellər üçün əlçatan olacaq. "iPhone 11, XR, XS və X" kimi köhnə cihazlar isə dəstəklənməyəcək.

Asya

Milli.Az 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
1
news.milli.az

2Mənbələr