AZ

Almaniyada miqrant biznesi - Azərbaycanlı dəstə başçısı tutuldu

Almaniya Federal Polisi uzunmüddətli istintaq nəticəsində Vuppertal şəhərində 40 yaşlı Azərbaycan vətəndaşını saxlayıb.

Bakupost.az  xəbər verir ki, o, ən azı 87 miqrantın qeyri-qanuni şəkildə ölkəyə gətirilməsini təşkil edən mütəşəkkil cinayətkar qrupun lideri olub.

Polis dəstənin izinə Çexiya polisindən daxil olan məlumatlar sayəsində düşüb. 2024-cü ilin yayında Çexiyada Almaniyanın Saksoniya federal əyaləti ilə sərhəddə yerləşən ərazidə bir səyyar evə baxış zamanı 10-dan çox qeyri-qanuni miqrant aşkarlanıb. Məlum olub ki, bu üsulla Almaniyaya azı altı dəfə insan daşınıb. Federal polis dəstə tərəfindən ölkəyə gətirilən 87 miqrantın şəxsiyyətini müəyyən edib.

Dəstə başçısının şəxsiyyətini müəyyənləşdirmək üçün bir neçə ay lazım olub. Araşdırma nəticəsində məlum olub ki, o, Azərbaycan vətəndaşıdır və Almaniyada səyyar evləri icarəyə götürürmüş. O, dəstənin tərkibində kommersiya məqsədilə və insanların həyatına təhlükə yaradacaq şəraitdə xarici vətəndaşların qeyri-qanuni şəkildə ölkəyə gətirilməsində ittiham olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
19
5
olaylar.az

6Mənbələr