AZ

Müxalifətçiliyi xəyanətlə səhv salanlar...

Bakı. Trend:

Azərbaycanın dünyada artan nüfuzu ölkəmizin inkişafına, millimaraqlarımızın daha güclü bir şəkildə qorunmasına,vətəndaşlarımızın rifah halının daha da yüksəldilməsinə əlavəimpulslar verir. Prezident İlham Əliyevin uğurlu xarici səfərləri,xarici ölkə rəhbərləri ilə danışıqları, dövlətlərarası imzalanansənədlər Azərbaycanı beynəlxalq ticarət və iqtisadi əməkdaşlıqplatformasının aparıcı aktorlarından birinə çevirməklə yanaşı,ölkəmizin qlobal nizamdakı mövqeyini möhkəmləndirir, dövlətimizinbeynəlxalq nüfuzunu daha da artırır. Bu gün artıq dünyada yenidüzənin formalaşmasının aydın təzahürlərini görürük. Bu yeni dünyanizamında güclü və qüdrətli Azərbaycanın möhkəmlənən yerini vəartan rolunu da hər kəs müşahidə edir. Bütün bu proseslərAzərbaycanın dostlarının sayının artmasına səbəb olmaqla yanaşı,anti-Azərbaycan qüvvələri də ciddi narahat edir. Həmin qüvvələr buqədər qüdrətli ölkənin varlığı ilə barışa bilmirlər. Ona görə dəhəmin qüvvələr çirkin oyunlara əl atırlar. Bu işdə onların əsasresursu Azərbaycanın daxilindəki “5-ci kolon”, radikal müxalifət vəxaricdəki təhqir qruplarıdır. Düşünürük ki, cəmiyyətimiz antimilliünsürlərin kimliyini, “xidmət sahələri”ni çox yaxşı bilir.

Təsəvvür edin ki, aylıq gəlirləri yüz min dollarlarla ölçülən buantimilli ünsürlər dəbdəbəli həyat sürür, mənzillər, avtomobillərsahibi olur, lakin hər gün sosial media vasitəsilə “sosialədalətsizlik”, “hüquqsuzluq”, “işsizlik” kimi qondarma mövzularlacəmiyyəti manipulyasiya edirlər. Məsələn, bu prosesdə əsasoyunçulardan biri “Toplum TV”, “Abzas Media”, Fakt Yoxla, IIIRespublika Platforması və digər bu kimi layihələrin koordinasiyaedildiyi Demokratik Təşəbbüslər İnstitutudur. “Meydan TV”, “HamamTimes TV” kimi internet media resurslarının da daxil olduğu buantimilli ünsürlər qrupu “Internews”, “People in Need”, “NationalEndowment for Democracy” və digər təşkilatlardan Azərbaycana qarşıqərəzli kampaniyaların aparılması üçün ümumilikdə 15 layihə üzrə545 min 278 manat məbləğində pul vəsaitini qrant adı ilə alıblar.Təsəvvür edin, adlarını “korrupsiya araşdıranlar” qoyan bu qrupbirbaşa korrupsiya ilə məşğul olub. Digər tərəfdən, bu faktlarlatanış olduqdan sonra “Toplum TV”, “Abzas Media”, Fakt Yoxla,“Meydan TV”, “Hamam Times TV” kimilərin ölkəmiz əleyhinəfəaliyyətinin əsl mahiyyəti aydın olur.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı VüqarRəhimzadə bildirib.

Millət vəkili vurğulayıb ki, eyni korrupsiya sxemini AXCP adlımarginal birləşmənin rəhbəri kərimov əli, onun kurasiyasında olan,direktivləri ilə hərəkət edən “professor” cəmil həsənli və “MilliŞura”sı da qurublar. Kərimov əlinin qrant biznesi barədə yazmaqistəsək yəqin ki, bir məqaləyə sığmaz. Ona görə də iştahı heç zamankəsilməyən, qrant naminə cəbhəçi gənclərin həbs olunmasına beləgəlir mənbəyi kimi baxan bu üzdəniraq yaxın ətrafının QHT-lərivasitəsilə yalnız 2011-2013-cü illər ərzində ABŞ-dakı və Avropaölkələrindəki QHT maliyyələşdirmə institutlarından, Sorosunnəzarətində olan fondlardan yüz minlərlə dollar vəsait əldə edib.Mədəsi çox geniş olan kərimov əlinin ətrafının da etiraflarınaəsasən onun qrant biznesindən əldə etdiyi gəlirin milyonlarladollar civarında olduğu bildirilir. Sadə bir sualla daha birhəqiqəti də gün işığına çıxarmaq olar: məsələn, 2005-ci ildən sonraheç bir yerdə işləməyən kərimov əlinin necə dolanması hər kəsəmaraqlıdır. Bahalı maşın, sürücü, cangüdən və s. bütün bunlarkimlərin və hansı vəsaitlərin hesabınadır? Bəs, gündəlik xərclər,qidalanma, kommunal ödənişlər? Məgər bütün bunlar sübut etmirmi ki,kərimov əli “gəlirini” ictimaiyyətdən, hətta partiya üzvlərindənbelə gizlədən ən böyük korrupsionerdir?

Millət vəkili bildirib ki, müxalifətçiliklə düşmənçiliyi səhvsalan bu antimilli ünsürlər qarşılığında maddi ödəniş almaqlaterminatorluqla məşğul olurlar. Yəni əsas funksiyaları insanlarıqarayaxmalar, yalanlar, qondarma mövzularla manipulyasiya etməyə,onları maliyyələşdirən dairələrin siyasi maraqlarına uyğunmövzuları gündəmdə saxlamağa cəhd göstərməkdir. Ötən illər ərzindəbu funksiyanı necə yerinə yetiriblər, bu artıq onlarınhimayədarlarının qiymətləndirməsinə qalıb. Lakin Azərbaycan xalqıonlara yerlərini göstərib. Hər bir seçki prosesi bir sınaqdır.Bugünədək ölkəmizdə keçirilən seçkilərin nəticələri də xalqa deyil,xarici himayədarlarına arxalanan bu antimilli qüvvələrin,qrantyeyənlərin iflasının təsdiqi olub.

Məqalədə:
Seçilən
27
5
az.trend.az

6Mənbələr