AZ

Rusiyanın Berlindəki səfiri Almaniya XİN-ə çağırıldı


Rusiyanın Berlindəki səfiri Sergey Neçayev rus dronlarının Polşanın hava məkanını pozması ilə əlaqədar Almaniya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

“Rusiya dronlarının NATO hava məkanında olması Putinin təhlükəli və qəbuledilməz addımıdır. Buna görə də bu gün Rusiya səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb. NATO isə ittifaq ərazimizi və təhlükəsizliyimizi qorumaq üçün birlikdə möhkəm dayanıb”, - deyə Almaniya XİN-in X hesabında bildirilib.

Qeyd edək ki, hadisə ilə əlaqədar Almaniyadan əvvəl İspaniya, Çexiya və Niderland da oxşar addımlar atıblar.

ZÜMRÜD

Seçilən
8
4
baki-xeber.com

5Mənbələr