AZ

"FIFA Arena" layihəsi çərçivəsində Bakıda daha bir meydançanın açılışı olub

"FIFA Arena" layihəsi çərçivəsində 138 saylı tam orta məktəbdə inşa edilən futbol meydançasının açılış mərasimi keçirilib.

90deqiqe.Az AFFA-nın saytına istinadən xəbər verir ki, tədbirdə milli assosiasiyanın Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov, qurumun rəsmi şəxsləri, eləcə də məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Tədbirin açılış mərasimində çıxış edən Fərrux İsmayılov layihənin önəmindən bəhs edib, iştirakçılara yeni tədris ilində uğurlar arzulayıb.  

Qeyd edək ki, AFFA dünyada "FIFA Arena" layihəsini tamamlayan ilk 11 ölkə arasında yer alır. Milli assosiasiya bundan öncə layihə çərçivəsində 247 saylı tam orta məktəbin ərazisində də meydança inşa edib. Bu layihədən birbaşa 6000-dən çox şagird faydalanacaq.

Seçilən
9
4
90deqiqe.az

10Mənbələr