AZ

Qəzalar yol hərəkəti iştirakçıları üçün ciddi xəbərdarlıq olmalıdır - NİİM

Bakı. Trend:

Bu gün günorta saatlarında Nəsimi rayonu, Səməd Vurğun küçəsi,"Göy məscid"in qarşısı, mərkəz istiqamətində piyada vurulması ilənəticələnən bu yol-nəqliyyat hadisəsi yol hərəkəti iştirakçılarıüçün ibrət dərsi və ciddi xəbərdarlıq olmalıdır.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzininİctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov Trend-ə bildiribki, aparılan təbliğat-izahat və maarifləndirmə işləri nəticəsindəpiyadaların çox hissəsi keçidlərdən istifadə edir.

"Bu yaxşı nəticədir. Ancaq bəzi hallarda sürücülərin onlara yolverdiyinə tam əmin olmadan keçidlərdən keçən piyadalar özlərinitəhlükəyə atırlar. Bu cür qəzaların baş verməsinə səbəb olan digərbir vacib məqam isə sürücülərin keçidlərə yaxınlaşarkən piyadakeçidinin olduğunu bildirən nişana diqqət yetirməməsi və yüksəksürətlə nəqliyyat vasitəsini idarə etməsi ilə bağlıdır. Təəssüflərolsun ki, belə olduqda piyadanın ölümü və xəsarəti ilə nəticələnənqəzalar qeydə alınır.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi olaraq bu mövzu daimdiqqətdə saxlanılır və əsas məqsədimiz də ondan ibarətdir ki, yolhərəkəti iştirakçıları qəzaların iştirakçısı, qurbanı olmasınlar.Bir daha xahişimiz ondan ibarətdir ki, piyadalar keçidlərdə yolukeçərkən diqqətli olmalı, yolun hərəkət hissəsinə yalnızyaxınlaşmaqda olan nəqliyyat vasitələrinədək məsafəni, onlarınsürətini qiymətləndirdikdən və yolu keçməyin onlar üçün təhlükəsizolacağını yəqin etdikdən sonra keçiddən keçməlidirlər.

Sürücülər isə piyada keçidlərinə yaxınlaşarkən sürəti azaltmalı,keçidin olduğunu bildirən nişana diqqət yetirməli və piyadalara yolverməlidirlər. Qeyd edilənlərə laqeyd yanaşılmamalı və qaydalaraəməl edilməlidir", - deyə o əlavə edib.

Məqalədə:
Seçilən
7
12
az.trend.az

6Mənbələr