AZ

"Qarabağ"ın rəqibi Niderland millisinin üzvünü transfer etdi - RƏSMİ

"Strasburq"un hücumçusu Emanuel Emeqa karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Çelsi" niderlandlı futbolçunun keçidini həll edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı forvard gələn ilin yayında London klubuna qoşulacaq.

"Strasburq" Emanuel Emeqanı 2023-cü ildə "Şturm Qraz"dan transfer edib. Niderland U-21 millisinin üzvü bu mövsüm Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 4 rəsmi matçda 3 qol vurub.

Qeyd edək ki, "Çelsi" UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindən biridir. Komandalar arasındakı oyun 5 noyabr tarixində Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

saytlarin hazirlanmasi

Seçilən
8
sportal.az

1Mənbələr