Avropa İttifaqı 6–12 ay ərzində Rusiya qazından imtina edərək onu ABŞ-dan idxal olunan mayeləşdirilmiş təbii qazla əvəz edə bilər.
Editor.az xəbər verir ki, bu barədə ABŞ-ın energetika naziri, prezident Donald Trampın xüsusi nümayəndəsi Kris Rayt Reuters agentliyinə müsahibəsində bildirib.
“Düşünürəm ki, bunu 12 ay ərzində, hətta 6 ay ərzində belə asanlıqla həyata keçirmək olar”, — deyə Rayt qeyd edib.
Nazir bunun hansı hesablamalara əsaslandığını açıqlamayıb.
//Samir Qurbanov, Editor.az