AZ

Jair Bolsonaru dövlət çevrilişində təqsirli bilinib

Braziliyanın keçmiş prezidenti 27 il müddətinə azadlıqdan məhrum edilib

Braziliyada keçmiş prezident və ifrat sağçı siyasətçi Jair Bolsonarunun məhkəməsi başa çatıb. 5 hakimdən ibarət kollegiya onu seçkilərdə qalib gələn Luiz İnasio Lula da Silvanın hakimiyyətə gəlməsinin qarşısını almaq məqsədilə  2022-ci ildə dövlət çevrilişi təşkil etmək ittihamı ilə 27 il müddətinə azadlıqdan məhrum edib.

 Sabiq prezident ittihamları rədd edib və vəkilləri apellyasiya şikayəti vermək niyyətindədirlər. ABŞ Prezidenti Donald Tramp artıq Braziliyanın sabiq liderinin müdafiəsi üçün çıxış edib və onun siyasi müttəfiqinə qarşı cinayət işinə xitam verilməsini dəfələrlə tələb edib.

2019-2023-cü illərdə Braziliya prezidenti olmuş Jair Bolsonaruya qarşı ilk ittihamlar 2024-cü ilin noyabrında ortaya çıxıb: o zaman federal polis dövlət çevrilişinin hazırlanması ilə bağlı araşdırmanın nəticələrini əks etdirən 700 səhifəlik hesabat hazırlamışdı. 2025-ci ilin martında məhkəmənin başlanmasına qərar verilib.

İş materiallarına görə, Jair Bolsonaru faktiki olaraq 2021-ci ildən cinayət sui-qəsdinə rəhbərlik edib.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Seçilən
15
azerbaijan-news.az

1Mənbələr