AZ

Azərbaycanın turizm imkanları Yaponiyada tanıdıldı

BAKI, 12 sentyabr. TELEQRAF

Ötən gün Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Yaponiyanın paytaxtı Tokio şəhərində ölkəmizin turizm potensialının tanıdılması məqsədilə şəbəkələşmə tədbiri təşkil olunub.

Dövlət Turizm Agentliyindən Teleqraf-a verilən məlumata görə, tədbirə media qurumlarının, turizm agentliklərinin, eləcə də “All Nippon Airways (ANA)” və “Qatar Airways” kimi beynəlxalq aviaşirkətlərin nümayəndələri daxil olmaqla, 60-dan çox iştirakçı qatılıb.

Proqram çərçivəsində media və turizm sənayesi nümayəndələri üçün Azərbaycanın turizm potensialı haqqında təqdimat keçirilib.

Tədbir zamanı B2B formatlı görüşlərdə yerli və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq imkanları müzakirə olunub.

Seçilən
26
5
teleqraf.com

6Mənbələr