AZ

Qazaxıstan “Cəngavər dostluğu-2025” təlimində R-60M raketlərini ilk dəfə sınaqdan keçirib

Qazaxıstan Silahlı Qüvvələri Karağandı vilayətindəki “Sarışağan” poliqonunda baş tutumuş “Cəngavər dostluğu-2025” təlimində ilk dəfə olaraq “hava-hava” tipli R-60M raketlərini uğurla sınaqdan keçirib.

Bu barədə “Poliqon” Qazaxıstan Müdafiə Nazirliyinə istinadən xəbər verib.

Bildirilib ki, təlimə 1500-dən çox hərbi qulluqçu, 200-ə yaxın hərbi və xüsusi texnika, həmçinin 30-dan artıq aviasiya vasitəsi cəlb olunub. Su-30SM qırıcıları, Su-25 hücum təyyarələri və müxtəlif tipli helikopterlər aviasiya vasitələrinin arasında yer alıb.

Aviasiya bölmələri ilə hava hücumundan müdafiə qoşunlarının uzlaşdırılmış hərəkətləri zamanı pilotlar şərti düşmənin hava hücumundan müdafiə sistemini yarmaq, yaxın məsafədə hava döyüşü aparmaq, yerüstü hədəfləri məhv etmək və kütləvi hava zərbəsini dəf etmək kimi taktiki epizodları məşq ediblər.

Şərti düşmənin radiotexniki bölmələrinə kəşfiyyat-zərbə dronları ilə zərbələr endirilib. Hava kəşfiyyatı və hücum məqsədləri üçün “SkyLark-1LEX” və ANKA pilotsuz uçuş aparatlarından istifadə olunub. Hava hücumuna qarşı müdafiə üçün isə S-300PS, S-125, Buk-M2E və Tor-M2K zenit-raket kompleksləri tətbiq edilib.

Şərti düşmənin pilotsuz uçuş aparatlarını zərərsizləşdirmək üçün təlimdə Qazaxıstan hərbçiləri aşağıdakı sistemlərdən istifadə edib:

“Almaz” – radio və radiotexniki nəzarət və hədəf göstərmə kompleksi;

“Yantar” – dronlara qarşı radioelektron mübarizə sistemi;

“Marjan” – pilotsuz aparatların peyk naviqasiyasını sıradan çıxaran sistem;

“Qroza-R2” və “Meruert” – antidron silah sistemləri.

Aşağı sürətlə uçan və vizual müşahidəsi çətin olan hədəflərin məhvində “İqla”, “Strela-1M”, “Strela-10” və “Şilka” HHM bölmələrinin heyətləri öz peşəkarlıqlarını göstəriblər.

Bundan əlavə, təlimdə hərbi təhsil müəssisələrinin kursantları tərəfindən hazırlanmış dronların imkanları da nümayiş etdirilib.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

Seçilən
8
poliqon.az

1Mənbələr