Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Ankara, 12 sentyabr, AZƏRTAC
Son dörd gün ərzində Türkiyədə azı altı aviareysdə təyyarə göyərtəsində partlayış hazırlanması ilə bağlı yalan məlumatlar daxil olub.
AZƏRTAC NTV telekanalına istinadla xəbər verir ki, zənglər Adıyaman, Sivas, Qaziantep, Konya və Çukurova vilayətlərinin hava limanlarına daxil olub.
Aparılmış operativ istintaqın nəticələrinə əsasən müəyyən olunub ki, zənglər fiziki şəxs adına qeydiyyata alınmış stasionar nömrədən edilib. Lakin həmin şəxs saxlanıldıqdan sonra məlum olub ki, nömrə “klonlaşdırılıb” və ondan başqa şəxslər istifadə edib.
Nəticədə əksəriyyəti 18 yaşına çatmayan altı nəfər saxlanılıb. Onlardan ikisi məhkəmə qərarı ilə həbs edilib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.