AZ

Tramp narazılıq etdi: Putinə qarşı səbrim tükənir

ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həllinin sürətindən məyus olduğunu bildirib. O deyib ki, Rusiya lideri Vladimir Putinə qarşı səbri tükənir.

Publika.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "Fox News"a danışıb.

Trampın sözlərinə görə, münaqişənin həllinə tərəflər arasında nifrət mane olur.

Tramp Rusiyaya qarşı yeni sanksiyalara da icazə verib. O, Rusiyaya qarşı, o cümlədən neft və bank sektorunda əlavə məhdudlaşdırıcı tədbirlər tətbiq edə biləcəyini bildirib.

ABŞ lideri qeyd edib ki, Hindistana Rusiya neftinin alınmasına görə daha yüksək rüsumların tətbiqi qərarı onun üçün asan olmayıb, çünki bu, “ixtilaflara səbəb olur”.

Seçilən
8
publika.az

1Mənbələr