Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Rusiyada hərbi komissarlıqdan “elektron çağırış” alan bir şəxs ilk dəfə ölkədən buraxılmayıb. Hadisə 11 sentyabrda Moskvanın Şeremetyevo hava limanında baş verib.
28 yaşlı hərbi mükəlləfiyyətli şəxs bildirib ki, çağırışı 8 sentyabrda alıb. Lakin may ayında planlaşdırdığı məzuniyyətə getmək üçün ölkəni tərk etmək istədikdə, “Çağırışlar reyestri”ndə onun adına dərhal ölkədən çıxışa qadağa qeydə alınıb.
Şahidlərin sözlərinə görə, pasport nəzarətində dərhal hərbi komissarlıq nümayəndələri çağırılıb. Onlar vətəndaşa izah ediblər ki, sistemdə olan qadağa aradan qaldırıla bilməz. Bu, yeni elektron çağırış sistemində qeydə alınmış ilk belə hadisədir.
Müxalif fəallar bildirirlər ki, ölkədən çıxış məhdudiyyəti çağırışın reyestrdə yerləşdirildiyi andan qüvvəyə minir. Qanuna əsasən, bu məhdudiyyət 18–30 yaş arası çağırışa cəlb olunan vətəndaşlara şamil edilir. Əgər şəxsin hərbi bileti varsa və ya 30 yaşı keçibsə, bu qadağa tətbiq edilmir.
Bundan əlavə, çağırışa gəlməyən şəxslər üçün 20 gün sonra bir sıra əlavə məhdudiyyətlər qüvvəyə minir:
* Fərdi sahibkar (FƏX) və ya “özünüməşğul” kimi qeydiyyatdan keçmək mümkün olmur;
* Daşınmaz əmlak və nəqliyyat vasitələri ilə əməliyyatlara icazə verilmir;
* Sürücülük vəsiqəsinin qüvvəsi dayandırılır;
* Banklardan kredit və ya borc almaq imkansızlaşır.
Ekspertlər bu tədbirləri Rusiyada hərbi səfərbərlik mexanizmlərinin sərtləşdirilməsinin növbəti mərhələsi kimi qiymətləndirir və yaxın aylarda daha çox vətəndaşın oxşar məhdudiyyətlərlə üzləşəcəyini proqnozlaşdırırlar.
Rasim
AzPolitika.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.