AZ

Aİ Rusiya təşkilatlarına qarşı sanksiyaları uzatdı

Avropa İttifaqı (Aİ) 2500-dən çox rusiyalı şəxs və təşkilata qarşı tətbiq etdiyi fərdi sanksiyaların müddətini 6 ay uzadıb.


Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, Aİ-nin Xarici İşlər üzrə Ali Nümayəndəsi Kaja Kallas bildirib ki, yeni sanksiyalarla Rusiyanın satışlarına, kölgə donanmasına və banklarına əlavə məhdudiyyətlər qoyulacaq.

Fərdi sanksiyalar çərçivəsində Rusiya fiziki və hüquqi şəxslərinin bank hesabları dondurulub və onlara səyahət qadağası tətbiq edilib. Aİ indiyə qədər Rusiyaya qarşı 18 sanksiya paketi həyata keçirib.

Seçilən
0
manset.az

1Mənbələr