AZ

ABŞ-də məişət münaqişəsi kişinin ailəsinin gözləri qarşısında başının kəsilməsi ilə nəticələndi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-nin Texas ştatının Dallas şəhərində dəhşətli qətl hadisəsi baş verib. Paltaryuyan maşın uğrunda mübahisə kişinin ailəsinin gözləri qarşısında başının kəsilməsi ilə nəticələnib.
Oxu.Az xəbər verir ki, bu barədə "Mirror" məlumat yayıb.
Polisin məlumatına görə, 37 yaşlı Yordanis Kobos-Martines moteldə 50 yaşlı Çandra Naqamallaya hücum edib və ona çox sayda bıçaq xəsarəti yetirərək, öldürüb.
Münaqişənin paltaryuyan maşının xarab olması ilə bağlı məişət münaqişəsi zəminində yarandığı ehtimal edilir. Müstəntiqlər hadisənin mərhumun cinayətkarı dayandırmağa çalışan həyat yoldaşı və oğlunun gözü qarşısında baş verdiyini bildirirlər.
Hadisə yerinə gələn asayiş keşikçiləri Kobos-Martinesi qan içində və maçeta ilə silahlanmış vəziyyətdə tapıblar. Çandranın başı yaxınlıqdakı zibil konteynerindən tapılıb.
Şübhəli şəxs hadisə yerində saxlanılıb və törətdiyi cinayətə görə onu ölüm cəzası gözləyir. İş materiallarında qeyd olunur ki, Kobos-Martines cinayəti etiraf edib və münaqişənin məhz nasaz məişət texnikası səbəbindən başladığını təsdiqləyib.
Seçilən
12
oxu.az

1Mənbələr