AZ

ABŞ Dövlət katibi Marko Rubio İsrailə səfər edəcək

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Vaşinqton, 12 sentyabr, AZƏRTAC

ABŞ Dövlət katibi Marko Rubio sentyabrın 13-ü İsrailə səfər edəcək.

AZƏRTAC-ın Dövlət Departamentinə istinadən verdiyi məlumata görə, səfər zamanı o, İsrail-HƏMAS münaqişəsində Amerikanın prioritetlərini çatdıracaq və ABŞ-ın İsrailin təhlükəsizliyinə sadiqliyini təsdiq edəcək. Bildirilir ki, o, həmçinin HƏMAS-ın bir daha Qəzzada hökm sürməyəcəyini təmin etmək və bütün girovları evlərinə qaytarmaq kimi ortaq məqsədi vurğulayacaq.

Daha sonra Marko Rubio sentyabrın 16-da ABŞ Prezidenti Donald Trampı Birləşmiş Krallığa səfərində müşayiət edəcək və görüşlər keçirəcək.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
25
1
azertag.az

2Mənbələr