Beynəlxalq Olimpiya Komitəsi Azərbaycan MOK-un beynəlxalq proqramlar idarəsinin müdiri Mehman Kərimova təşəkkür məktubu ünvanlayıb.
İdman.biz xəbər verir ki, məktubda onun rəhbərliyi ilə həyata keçirilən OVEP proqramı, 2019-cu ildə Bakıda təşkil olunmuş rəqəmsal kommunikasiya seminarları, eləcə də Təhlükəsiz İdman sahəsində fəaliyyəti və BOK-un təhlükəsizlik üzrə sertifikatının əldə olunması xüsusi vurğulanıb.
Ceyms Makleod Mehman Kərimovu “Olimpiya dəyərlərinin əsl səfiri” adlandıraraq, idman vasitəsilə daha yaxşı bir dünyanın qurulmasına verdiyi töhfələrə görə təşəkkür edib.
İdman.biz