AZ

Paşinyan hərbi xidmət müddətini azaldır – Bahalı ordu saxlaya bilmir, yoxsa…? – İLGİNC MƏQAMLAR

Ermənistan hökuməti 2026-cı ilin yay çağırışından etibarən icbari hərbi xidmət müddətinin iki ildən bir il yarıma endirilməsi layihəsini müzakirəyə çıxarıb. Maraqlıdır, bu dəyişiklik Ermənistanın Qərb və ya Rusiya ilə hərbi əməkdaşlıq siyasətinə necə təsir edə bilər?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Elçin Xalidbəyli bildirib ki, bu addım ilk növbədə Ermənistanın iqtisadi imkanlarının məhdudluğu ilə bağlıdır:

Azərbaycan

“Ermənistanın hazırda böyük və bahalı ordu saxlamaq imkanları yoxdur. İqtisadiyyat belə bir yükü çəkmək gücündə deyil. Əvvəllər 2 il xidmət edən erməni əsgərlərin bundan sonra 1 il yarım xidmət etməsi ordunun saxlanma xərclərinin azaldılmasına yönəlib. Bu həm də ölkənin sosial-iqtisadi vəziyyətindən qaynaqlanır”.

Politoloqun sözlərinə görə, Rusiya bu məsələyə qarışmaq imkanına malik deyil:

“Son vaxtlar Ermənistan Rusiyadan hərbi texnika idxalını da azaldıb. Moskvanın bu sahədə hər hansı qərara müdaxiləsi tamamilə yersiz olardı. Digər tərəfdən, Qərb dairələri də indiyədək Ermənistana vəd etdikləri dəstəyi göstərməyə tələsmirlər. Avropa İttifaqı müəyyən vədlər versə də, onların icrasında ləngimələr müşahidə olunur”.

Elçin Xalidbəyli hesab edir ki, hərbi xidmət müddətinin azaldılması həm də regionda sülh prosesinə müsbət təsir göstərə bilər:

“Azərbaycanla müharibə sona çatıb, sülh prosesi böyük sürətlə inkişaf edir. Bu baxımdan, rəsmi İrəvan hərbi xərcləri azaltmaqla digər sahələrə resurs ayırmağı daha məntiqli hesab edir. Ermənistan aqressiv işğalçı siyasətindən uzaqlaşarsa, Azərbaycanla münasibətləri də normallaşa bilər. Bu dəyişiklik regional sülh prosesi üçün də pozitiv məqamdır”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
5
konkret.az

1Mənbələr