AZ

Qızıl külçə, Mercedes və nağd pul – Nadine Menendesin rüşvət qalmaqalı

Qızıl

Nyu-York məhkəməsi sabiq ABŞ senatoru, Demokrat Bob Menendesin həyat yoldaşı Nadine Menendes (əslən Arslanyan) haqqında hökm çıxarıb. Əslən livanlı erməni olan 58 yaşlı Nadine 4 il yarım həbs cəzası alıb.Onun günahı — ərinə siyasi təsir imkanlarını işə salmaq üçün nağd pullar, qızıl külçələr və Mercedes-Benz avtomobili şəklində rüşvət almaq. Federal məhkəmə onu Manhettendə 15 bənd üzrə təqsirli bilib. Prokurorlar isə onu rüşvət sxeminin əsas fiquru sayaraq ən azı 7 il həbs tələb edirdilər.Sabiq senator Bob Menendes də eyni iş üzrə 11 il həbs cəzasına məhkum olunub. Hökm 17 iyunda qüvvəyə minib.Xatırladaq ki, Bob Menendes 2020-ci ildə Nadine Arslanyanla evlənmişdi. Kiçik nikah mərasimi Kuinsdəki erməni kilsəsində baş tutmuşdu. Arslanyanın Menendesin siyasi mövqeyinə ciddi təsir etdiyi bildirilir — məhz onun təsiri ilə senator Azərbaycan və Türkiyə əleyhinə kampaniyalar aparmaqla yadda qalıb.Ulusum.az

Diqqət Çəkənlər

"Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə "Şanlı Zəfər Tariximiz" adlı tədbir keçirilib

Çarli Kirk hadisəsindən sonra Tramp üçün təhlükəsizlik artırıldı

Çarli Kirkin qətli: ehtimal olunan şübhəlinin izi videoda

Seçilən
17
ulusum.az

1Mənbələr