Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bakıda qaydaları pozan sürücünün hərəkəti anbaan kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 5-də, paytaxtın Neftçilər prospektində qeydə alınıb. Belə ki, 77-RB-354 qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin sürücüsü qarşıda sıxlığın olduğunu görərək yolunu dəyişmək qərarına gəlib. O, qoşa xəttin tələbini pozaraq geriyə dönüb. Bu zaman manevri başa çatdıra bilmədiyi üçün görüntünü qeydə alan avtomobilin qarşısını kəsib.
Fərid
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.